English

Ehtiyatlara nəzarət üzrə supervayzer (MA)

İş yeri: Logistika və Distribusiya Mərkəzi, Lökbatan

Vəzifə öhdəlikləri:

  • Mərkəzi anbar və mağazalar arasında həyata keçirilən çatdırılmalarda yaranan stock problemlərinin araşdırılması və tərəfləri əsaslandırılmış şəkildə məlumatladırmaq;
  • Mərkəzi anbarın stock göstəricilərində uyğunsuzluqların baş verməsinin qarşısının alınması məqsədi ilə mütəmadi yoxlanış prosesinin icrası və nəticələrini əlaqədar rəhbər şəxslərlə paylaşmaq;
  • İnventarizasiya prossesinə və ehtiyat mallarının son istifadə tarixinin yoxlanılmasına ümumi nəzarəti həyata keçirmək;
  • İş qrafiklərinin qurulması və ehtiyata nəzarət üzrə məsul əməkdaşlar arasında iş yükünün düzgün bölüşdürülməsini təmin etmək
  • Görülən işlər və aşkarlanan problemlər barədə rəhbərliyə gündəlik hesabat vermək;
  • Yararsız və istifadə müddəti bitmiş malların atılması prosesini təşkil etmək və prossesə nəzarət etmək;
  • Yoxlama və inventarizasiya üçün tələb olunan siyahı və cədvəlləri məsul əməkdaşlarla bölüşmək;
  • Tabeliyində olan əməkdaşların işinin təhlükəsizlik və SƏTƏM qaydaları çərçivəsində təlimata uyğun şəkildə aparılmasına nəzarət etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
  • İş sahəsinin, cihaz və avadanlıqların təmizliyinə və SƏTƏM qaydaları çərçivəsində istifadə edilməsinə nəzarət etmək və tabeliyində olan işçiləri mütəmmadi olaraq təhlükəsizlik və SƏTƏM qaydaları üzrə təlimatlandırmaq;
  • Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək;

Vəzifə üzrə tələblər:

  • Logistika, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
  • Logistika və Distribusiya sahəsində minimum 1 il iş təcrübəsi.
  • Logistika və Distribusiya sahəsində mükəmməl biliklər.
  • MS Office programlarında mükəmməl biliklər.

Bacarıqlar:

  • Müştəri yönümlülük
  • Effektiv ünsiyyət qurmaq
  • Stres tolerantlığı
  • Detallara diqqətli olmaq
  • Analitik düşüncə bacarığı
  • Liderlik
  • Hesabatlılıq

 

JOB APPLICATION FORM

Position you are applying for:*

Do you have work experience for the position you are applying for?*

Do you have a person or relative who works at the "Bravo Distribution Center"?*

Thank you!

Your request has been sent successfully