Azərbaycan

Quru Qida və Təzə Qida şöbələri üzrə “Şöbə başçısı”

Vəzifə öhdəlikləri:

  • İş və prosesləri idarə etmək;
  • Tələb olunan fəaliyyət standartlarını və hədəfləri qarşılamaq;
  • Davamlı inkişafın yaradılmasında rəhbərliyə yaxından köməklik etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
  • Birbaşa tabeçiliyində olan işçilərin vəzifə funksiyalarının təsvirləri və öhdəlikləri haqqında dərin biliyə malik olmaq;
  • Biznes proseslərinə uyğun olaraq əməliyyat standartlarını mükəmməl icra etmək;
  • Şirkətin siyasət və proseduralarına uyğun davranmaq;
  • Biznes tendensiyaları və rəqibin fəaliyyəti haqqında məlumatlı olmaq;

Vəzifə tələbləri:

  • Pərakəndə satış sahəsi üzrə rəhbər vəzifələrdə azı 2 illik iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək bacarığı (Excel üzrə biliklər mütləqdir);
  • Planlama üzrə bacarıqlar;
  • Hesabatlıq üzrə bacarıqlar;
  • Vaxtın idarəedilməsi üzrə bacarıqlar;
  • Müştəri yönümlülük.

Vakansiya üzrə müraciətləri [email protected] elektron ünvanına mövzu bölməsində “Şöbə başçısı” qeyd etməklə edə bilərsiniz.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İŞƏ MÜRACİƏT ANKETİ

Zəhmət olmasa anketə daxil etdiyiniz məlumatların doğruluğundan əmin olun. Daxil edilmiş hər hansı bir məlumatın yanlış olduğu aşkar olunan müraciətlər nəzərə alınmır. "*" işarəsi ilə işarələnən bütün bölmələrin doldurulması məcburidir.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi