Öhdəliklər:
- Hesabların üzləşdirilməsinə kpmək etmək: Müxtəlif ümumi mühasibat hesabları, bank çıxarışları və şirkətlərarası balansların rekonsilyasiyasına kömək etmək, senior komanda üzvlərinin nəzarəti altında.
- Əməliyyatların Qeydiyyatı: Əməliyyatların mühasibat sistemində vaxtında və düzgün qeydiyyatını təmin etmək, uyğunsuzluqların yaranmamasını təmin etmək.
- Aylıq və İllik üzləşdirməyə kömək etmək: Aylıq, rübəlik və illik hesab üzləşdirmələrin hazırlanmasına kömək etmək, lazımi məlumatları toplamaq və qeydlərin yoxlanmaq üçün hazır olmasını təmin etmək.
Uyğunsuzluqların Araşdırılması:
- Uyğunsuzluqları Təsbit Etmək və Həllinə Kömək Etmək: Mühasibat qeydləri ilə dəstəkləyici sənədlər arasındakı uyğunsuzluqları müəyyənləşdirmək və bu uyğunsuzluqların səbəblərini araşdırmağa kömək etmək.
- Digər Şöbələrlə Əməkdaşlıq: Uyğunsuzluqları aydınlaşdırmaq və məsələləri həll etmək üçün müvafiq şöbələrlə əlaqə qurmaq və bu prosesdə dəstək vermək.
- Audit Hazırlığına Kömək Etmək: Auditorlar üçün sənədlərin hazırlanmasına və uyğunlaşdırılmış hesabatların təqdim edilməsinə kömək etmək, audit zamanı yaranan hər hansı bir açıq məsələnin həllinə kömək etmək.
Maliyyə Hesabatlarının Hazırlanması:
- Maliyyə Hesabatlarının Hazırlanmasına Kömək Etmək: Hesab üzləşdirmənin düzgün və vaxtında tamamlanmasını təmin etməklə maliyyə hesabatlarının hazırlanmasına kömək etmək.
- İdarəetməyə Məlumat Təqdim Etmək: Hesabların vəziyyəti və uyğunsuzluqları ilə bağlı müvafiq maliyyə məlumatlarını toplamağa və xülasələrin hazırlanmasına kömək etmək.
Tələblər:
- Təhsil: Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi.
- Təcrübə: Mühasibatlıq və ya maliyyə sahəsində 1+ il təcrübə, xüsusilə hesab uyğunlaşdırmalarına fokuslanmaq.
- Güclü Excel Bacarıqları
- Dəqiqlik: Maliyyə məlumatlarını və əməliyyatları nəzərdən keçirərkən yüksək dəqiqlik və detallara diqqət.
- Problemlərin Həlli: Uyğunsuzluqları araşdırmaq, əsas səbəbləri tapmaq və həll yolları təklif etmək bacarığı.
- Ünsiyyət: Komanda üzvləri və maraqlı tərəflərlə effektiv əməkdaşlıq üçün güclü yazılı və şifahi ünsiyyət bacarıqları.
- Dil Bilikləri: Azərbaycan dili səlis, rus və ya ingilis dili arzu olunandır.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Üzləşdirmə üzrə kiçik mühasib” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.