İşin qısa məzmunu və məqsədi: Tikinti üzrə kiçik mühəndisliyi podratçı tərəfindən həyata keçirilən tikinti işlərinin monitorinqi və nəzarətinə, habelə tikinti öncəsi təsvirlərin / sənədlərin şərh edilməsi və hazırlanmasına; çatdırılma prosesinə kömək edir; şöbənin tikinti mühəndislərinə texniki cəhətdən dəstək olur.
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinə nəzarətdə dəstək
- Podratçı tərəfindən tikintinin layihənin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğuna nəzarət etmək, binanın istismara verilməsi ilə bağlı işin həyata keçirilməsinə nəzarət edib rəhbərliyi mütəmadi məlumatlandırmaq.
- Yeni inşa olunacaq binalar üçün dövlət qurumlarına icazə məktublarını yazmaq.
- Tikinti iş qrafikləri və tikinti materaillarının çatdırılma ardıcıllığı, anbarlaşdırılması və düzgünlüyünə nəzarət etmək.
- İşin təkmilləşdirilməsi üçün risklər və imkanlar barədə məlumatları vaxtında yuxarı rəhbərliyə hesabat vermək
- Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək və gecikən işlərlə bağlı səbəbləri araşdırıb rəhbərliyə məlumat vermək.
- Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla binaların təslim edilmə proseslərində iştirak etmək və qüsur/əskiklərin aradan qaldırılması prosesində iştirak etmək.
- Avadanlıqların quraşdırılma prosesinə nəzarət etmək.
- Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək
Tələblər
- Layihə nəzarəti ilə bağlı texniki bacarıq və tikinti mühəndisliyi üzrə 1 ildən 3 ilədək təcrübə
- Bakalavr dərəcəsi və ya ekvivalenti
- Bütün fərdlər və şəxslərlə açıq ünsiyyət və işləmək bacarığı, son dərəcə gülərüz, həvəsli və nəcib xüsusiyyətə malik olmaq
- Düzgün iş prosesini inkişaf etdirmə bacarığı
- Layihələri oxuma bacarığı
- Şəxslərarası mükəmməl ünsiyyət və analitik bacarıqlara malik olmaq
- Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı
- Mükəmməl təqdimat bacarığı
- Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti
- Sınaqdan keçirilən şəxslərarası, şifahi və yazılı ünsiyyət bacarıqları.
- Vaxtını düzgün təşkil etmək
- Microsoft Office (məs; Word, Excel, Outlook, PowerPoint) həmçinin CAD software (AutoCAD) kimi kompüter və şirkətin kommunikasiya vasitələrini istifadə edərək, öz səriştəsini nümayiş etdirmək
- Yaxşı komanda iştirakçısı
Əmək şəraiti:
- həftəni 5 günü, saat 09:00-18:00
- iş yeri: Bravonun istismar obyektləri
Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “Tikinti üzrə kiçik mühəndis” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.