Vəzifə haqqında ümumi məlumat və məqsədi: "Təsərrüfat xidmətləri üzrə köməkçi – Logistika və Distribusiya Mərkəzinin təsərrüfat və texniki xidmət işlərinə dəstək vermək, təmir və abadlıq işlərinin icrasına kömək etmək, iş yerində təmizliyin və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə fəaliyyət göstərir."
Öhdəliklər:
- Ustaların rəhbərliyi altında təmir və tikinti işlərində dəstək göstərmək;
- Anbar təsərrüfatında tələb olunan işləri yerinə yetirmək;
- İş zamanı avadanlıqların və cihazların təhlükəsiz və düzgün şəkildə idarə olunmasını təmin etmək;
- Yüksəklikdə aparılan təmir işlərində iştirak etmək, SƏTƏM üzrə təhlükəsizlik qaydalarına riayət etmək;
- Müəssisənin ümumi abadlıq və təmizlik işlərində iştirak etmək.
Tələblər:
- Təsərrüfat və texniki xidmət prosesləri haqqında ümumi biliklər;
- Təsərrüfat işlərini planlaşdırmaq və təşkil etmək qabiliyyəti;
- Təmizlik, abadlıq və tikinti alət və avadanlıqları ilə işləmək bacarığı;
- Komanda daxilində işləmək bacarığı.
İş şəraiti və fiziki tələblər:
- Açıq və ya qapalı mühitdə işləmək;
- Bəzi hallarda yüksək temperatur, soyuq və ya tozlu mühitdə işləmə ehtimalı;
- Yüksəklikdə və ya dar məkanlarda işləmək.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Təsərrüfat xidmətləri üzrə köməkçi” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.