Öhdəliklər
- İş təhlili və karyera inkişafı vasitəsilə təşkilatın təlim ehtiyaclarını müəyyən etmək və qiymətləndirmək;
- Effektiv və məqsədyönlü tədris metodlarını tətbiq etmək; nəzərəçarpan nəticələr əldə etməyə yönəlmiş tədris vəsaitlərini hazırlamaq, tədris materiallarının və proqramlarının aktuallığını, düzgünlüyünü və səmərəliliyini təmin etmək;
- Təkmilləşdirilmə sahələrini müəyyən etmək məqsədilə işçilərin bacarıqlarını, performansını və fəaliyyətini qiymətləndirmək;
- Təlim planlarının, nəticələrin və strategiyaların uğurla həyata keçirilməsində keyfiyyətə nəzarətin tətbiq edilməsini təmin etmək;
- Şirkət Siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına davamlı uyğunluğu təmin etmək.
- Yeni işçilərin səmərəli və effektiv şəkildə şirkətə inteqrasiya olunması üçün onboarding prosesini aparmaq.
- Təcrübə proqramlarının fəaliyyət planının icrası
- Mağazalarda rəhbər vəzifələr üzrə panel qiymətləndirmələri təşkil etmək və Qiymətləndirmənin nəticələrinə əsasən təlim və inkişaf üçün tövsiyələrini vermək
- İngilis dili kurslarını təşkil etmək, idarə etmək və işçilərin dil bacarıqlarını artırmaq üçün davamlı təlim proqramları hazırlamaq.
Tələblər
- İnsan Resursları, Təşkilati İnkişaf, Təhsil, Psixologiya və ya əlaqəli sahədə Bakalavr dərəcəsi.
- Tədris və İnkişaf üzrə Sertifikat (məsələn, CIPD, ATD, SHRM) üstünlük təşkil edir.
- Pərakəndə satış, market şəbəkəsi və ya hər hansı sürətli mühitdə oxşar rolda 2-3 illik iş təcrübəsi.
- Təlim proqramlarının dizaynı və tətbiqi üzrə təcrübə.
- İstedad inkişafı və işçi bağlılığı strategiyaları üzrə sübut edilmiş təcrübə.
- Cəlbedici təlim məzmunu yaratmaq bacarığı.
- Təlim təşəbbüslərinin səmərəli planlaşdırılması, həyata keçirilməsi və qiymətləndirilməsi.
- Təlim ehtiyaclarını qiymətləndirmək, effektivliyi ölçmək və proqramları buna uyğun tənzimləmək.
- Kiçik qruplar və böyük auditoriyalar üçün aydın və effektiv ünsiyyət.
- Müəssisənin müxtəlif şöbələri və səviyyələri ilə işləmək bacarığı.
- Müxtəlif yerlərdə və funksiyalarda olan market şəbəkəsinin unikal problemlərinə uyğun təlim həlləri hazırlaya bilmək.
- Müştəri xidməti, satış texnikaları və əməliyyat səmərəliliyi kimi pərakəndə satış işçilərinin üzləşdiyi unikal problemləri dərk etmək.
- İşçilərin bacarıq boşluqlarını və təlim ehtiyaclarını müəyyən etmək üçün qiymətləndirmələr aparmaq.
- Təlimi şəxsən və ya rəqəmsal platformalar vasitəsilə təqdim etmək.
- Təlim proqramlarının təsirini ölçmək və rəy əsasında təkmilləşdirmələr aparmaq.
- Təlimləri müəssisənin məqsədləri və təşəbbüsləri ilə uyğunlaşdırmaq üçün şöbə rəhbərləri ilə sıx əməkdaşlıq.
- İnteraktiv və cəlbedici öyrənmə təcrübələri dizayn etmək bacarığı.
Qeyd: Maraqlanan namizədlər [email protected] email ünvanına “Təlim və inkişaf üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.