Azərbaycan

Rəqəmsal Transformasiya üzrə Ekspert

İşin Məqsədi:

Rəqəmsal Transformasiya üzrə Ekspertin əsas məqsədi, şirkətdaxili biznes proseslərinin səmərəliliyini artırmaq üçün avtomatlaşdırma, rəqəmsallaşdırma və data idarəedilməsi layihələrini həyata keçirməkdir. Bu vəzifə, biznes tələblərini texniki həllərə çevirərək, Python, RPA, Microsoft Power Platform və Azure kimi müasir texnologiyalardan istifadə etməklə prosesləri optimallaşdırmağı, müxtəlif sistemlər arasında API-lər vasitəsilə inteqrasiyaları təmin etməyi və data əsaslı qərar qəbuletmə mədəniyyətini dəstəkləməyi hədəfləyir. Vəzifə, İnsan Resursları (İR) da daxil olmaqla, bütün şöbələrin rəqəmsal transformasiyasına töhfə verməyi nəzərdə tutur.

 

Öhdəliklər:

1. Avtomatlaşdırma və Proseslərin Təkmilləşdirilməsi:

Şirkətdaxili prosesləri analiz edərək avtomatlaşdırma və rəqəmsallaşdırma üçün potensial imkanları müəyyən etmək.

Təkrarlanan və manual tapşırıqların avtomatlaşdırılması üçün Python skriptləri və RPA (Robotic Process Automation) həlləri hazırlamaq və tətbiq etmək.

Microsoft Power Platform (Power Apps, Power Automate, Power BI) alətlərindən istifadə edərək biznes proseslərini optimallaşdıran tətbiqlər və iş axınları yaratmaq.

SharePoint texnologiyaları əsasında sənəd dövriyyəsi və komanda işi üçün effektiv həllər qurmaq. 

2. Data İdarəedilməsi, Analitika və Hesabatvermə:

Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və emalı üçün SQL sorğuları və prosesləri hazırlamaq.

Biznes tələblərinə uyğun olaraq effektiv Data Modelləri qurmaq.

Power BI və digər vizuallaşdırma alətləri ilə interaktiv idarəetmə panelləri (dashboards) və hesabatlar hazırlamaq.

Proqnozlaşdırma və proqnoz modelləri (Forecasting and Prediction) quraraq gələcək tendensiyaları təhlil etmək.

3. Sistem İnkişafı və İnteqrasiya:

Biznes ehtiyaclarına cavab verən kiçik həcmli backend və frontend (full-stack) həllərini hazırlamaq.

Müxtəlif daxili və xarici sistemlər arasında məlumat mübadiləsini təmin etmək üçün API-larla işləmək və 3-cü tərəf inteqrasiyaları həyata keçirmək.

Microsoft Graph API-dən istifadə edərək Microsoft 365 mühitində avtomatlaşdırma və inteqrasiya imkanlarını genişləndirmək.

Microsoft Azure xidmətləri ilə tanışlıq və bulud əsaslı həllərin tətbiqində iştirak etmək.

4. Layihələrin İdarə Edilməsi və Maraqlı Tərəflərlə İş:

Rəqəmsal transformasiya layihələrini Agile Project Management metodologiyaları ilə idarə etmək.

Biznes tərəfdaşları və şöbələrlə sıx əməkdaşlıq edərək tələbləri toplamaq və analiz etmək (Biznes Analitikası).

Texniki həlləri və layihə nəticələrini maraqlı tərəflərə (Stakeholder Management) aydın və təsirli şəkildə təqdim etmək.

Yüksək səviyyəli yazılı və şifahi kommunikasiya bacarıqları ilə komanda daxili və xarici əməkdaşlığı təmin etmək.

 

Tələb Olunan Təcrübə, Bilik və Səriştələr:

Təhsil və İş Təcrübəsi:

İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahədə ali təhsil (Bakalavr dərəcəsi). Magistr dərəcəsinə üstünlük verilir.

Rəqəmsal transformasiya, data analitikası, proqramlaşdırma və ya biznes proseslərinin avtomatlaşdırılması sahəsində minimum 3-4 il iş təcrübəsi.

Texniki Bacarıqlar:

Proqramlaşdırma və Avtomatlaşdırma: Python ilə avtomatlaşdırma (Mükəmməl), RPA alətləri ilə iş təcrübəsi (arzuolunandır).

Microsoft Texnologiyaları:

Power Platform: Power BI, Power Automate, Power Apps (Qabaqcıl).

MS Excel: Mükəmməl səviyyədə (Power Query, mürəkkəb funksiyalar, VBA).

SharePoint texnologiyaları ilə iş təcrübəsi.

Microsoft Azure ilə tanışlıq.

Data Baza və Analitika: SQL (Qabaqcıl), Data Modelləşdirmə (Data Modelling), Data Vizualizasiya (Data Visualization).

Veb Texnologiyaları və İnteqrasiya: Backend və Frontend (Full-stack) bilikləri, API-lər (REST, SOAP) və Microsoft Graph API ilə işləmə bacarığı.

Peşəkar Səriştələr (Bacarıqlar):

Biznes Analitikası: Biznes ehtiyaclarını anlamaq və texniki tələblərə çevirmək bacarığı.

Layihə İdarəetməsi: Agile prinsipləri ilə layihələri idarə etmək təcrübəsi.

Stakeholder Management: Maraqlı tərəflərlə effektiv kommunikasiya və münasibətlərin idarə edilməsi.

Analitik və Strateji Düşüncə: Kompleks problemləri analiz etmək və data əsaslı, strateji həllər təklif etmək.

Kommunikasiya: Texniki məlumatları qeyri-texniki auditoriyaya aydın şəkildə çatdırmaq bacarığı.

Davamlı Öyrənmə: Texnoloji yenilikləri və trendləri izləmək, yeni bilik və bacarıqları mənimsəmək istəyi.

Qeyd: Maraqlanan namizədlər [email protected] email ünvanına “Rəqəmsal Transformasiya üzrə Ekspert” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi