Vəzifə öhdəlikləri:
- Marketlər və baş ofis üçün daxili vəzifələrlə bağlı təlim ehtiyaclarının müəyyən edilməsində iştirak etmək, təlim matrisinin hazırlanması üzərində işləmək;
- Təlimin konsepsiyasının və məzmununun işlənib hazırlanmasında iştirak etmək, təyin olunmuş təlimləri keçirmək;
- Təlim vərəqələri, təlimat materialları, vasitələr və kitabçalar hazırlamaq və ya hazırlıq prosesinə nəzarət etmək;
- Proseslərdə baş verən dəyişikliklərin davam edən proqramlarda əks olunduğunu təmin etmək;
- Keçirilmiş təlim proqramları ilə əlaqəli bütün məlumat bazalarına müvafiq məlumatları zamanında daxil etmək
- Təlim və inkişaf fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlamaq;
- Vəzifə dəyişikliyi zamanı təlim prosesi ilə əlaqəli qeydləri yoxlamaq və dəyişikliklərin uyğunluğuna nəzarət;
- Bütün zəruri resursların, o cümlədən materialların əvvəlcədən təlim üçün hazırlanması;
- İşçilərin təlim və inkişafında yeni trend və vasitələrdən xəbərdar olmaq;
- Şirkət Siyasətlərinin və Standart Əməliyyat Prosedurlarının hər zaman izlənildiyini və onlara əməl olunduğunu təmin etmək.
Tələblər:
- İnsan Resursları üzrə ümumi təcrübələrin başa düşülməsi;
- İctimai nitq / təlim keçirilməsi üzrə özünə inama sahib olmaq;
- Layihələri əlaqələndirmə qabiliyyətinə malik olmaq;
- Yüksək insan yönümlülük və ünsiyyət bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Bir neçə tapşırığı eyni zamanda icra edə bilmə bacarığı;
- Vaxtın idarə edilməsi;
- Komandada çalışma bacarığı;
- Emosional zəka;
- Yaradıcı düşünmə;
- Təşəbbüskarlıq;
- Azərbaycan dili üzrə səlist, İngilis dili üzrə orta səviyyədə biliklərə sahib olmaq. Rus dil biliyi üstünlük təşkil edir.
- MS Office proqramlarını bilmək: Outlook, Power Point, Word.
Qeyd: Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “Pərakəndə əməliyyat təlimləri üzrə mütəxəssis” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.