Öhdəliklər
- Həftəlik, aylıq, rüblük və illik plana uyğun olaraq, ən azı 2 (iki) inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsində yeni məkanın axtarılması
- Nəzərdə tutulmuş meyarlara uyğun olaraq ilkin seçim üçün məkanın gəzərək araşdırılması
- Əmlakla bağlı təhlillərin aparılması, müvafiq hesabatların və təqdimatların hazırlanması,
- Açılacaq mağazalarda və ya fəaliyyət göstərən mağazalar portfelində, əmlak və əmlak sahibləri ilə yaranan problemlərin aradan qaldırılmasını təmin etmək, portfelinə nəzarət və idarə etmək
- Yeni məkan təkliflərinin, rəqiblərin və əhalinin təhlili, qiymətləndirilməsi və şirkət daxilində və ya xaricdən gələn yeni mağaza təkliflərinin qiymətləndirilməsi
- Əmlak sahibi ilə danışıqların aparılması (qiymət\kv.m\müqavilə şərtləri\məsuliyyət\öhdəliklər və s.)
- Rəhbər heyətə ilkin seçimlə bağlı təqdimatların edilməsi
- Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Rəhbərə təqdim edilməsi
- Trafikin hesablanması üçün müvafiq əməkdaşların ərazisinin və iş cədvəlinin tərtib edilməsinə dəstək olmaq
- Standart Qiymətləndirmə Şablonu üçün tələb olunan məlumatları tamamlamaq
- Yerin təslim üçün hazırlanması və yekun imzaların alınması
- İmtina edilmiş yer və yeni danışıqlar haqqında məlumatları yeniləmək
- Komanda üzvləri ilə əsas performans göstəricilərinin nailiyyəti və nəticəsi ilə həftəlik araşdırmada iştirak etmək və buna uyğun təkliflər vermək
- Daimi olaraq bazarın araşdırılmasını aparmaq və məlumatların yenilənməsini təmin etmək
- Mütəmadi olaraq rəqiblərin yeni açılacaq və ya açılmış mağazalarını təhlil etmək, rəhbərliyə məlumat vermək.
Tələblər
- Bakalavr dərəcəsinin və ya bu dərəcənin ekvivalentinin olması.
- Şəbəkənin genişləndirilməsi və ya daşınmaz əmlakların idarə edilməsi sahəsində 2 (iki) il iş təcrübəsinin olması
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
- Təqdimat bacarığı
- Şəxsi avtomobil və aktiv sürücülük vəsiqəsinin olması.
- Danışıqlar aparmaq, problemləri həll etmə və şəxslərarası münasibət üzrə mükəmməl bacarıqları
- Ünsiyyət qurmaq və analitik düşüncə qabiliyyətlərinə malik olmalı.
- Güclü kommunikasiya və münaqişələrin həlli bacarıqları olmalı.
- Komanda üzvü olmaq
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- İngilis dili üzrə biliklər arzu olunandır.Nəticələrə və idarəetməyə yönəlmiş şəxs olmalı
Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmlak məsələləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.