Azərbaycan

Mexanika Mühəndisi

Vəzifə öhdəlikləri:


·       Bütün mexaniki, kondisioner (qurğu və avadanlıqlar) və bütün digər tikinti xidmətlərinin istismarını və texniki xidmətini həyata keçirək
·       Həftəlik Mağazalara baş çəkmək, mexaniki nəzarətçilərə məsləhət vermək və onlara kömək etmək və mövcud resurslara uyğun olaraq texniki xidmətin vaxtında və texniki cəhətdən səmərəli şəkildə aparılmasını təmin etmək.
·       Tikinti Layihələri üzrə Menecerin həvalə etdiyi bütün zəruri kiçik təkmilləşdirmə və yeni işləri yerinə yetirmək
·       Ehtiyat hissələrinin və sərf olunan materialların vaxtında və ehtiyat hissələrinin yüksək qiyməti nəzərə alınmaqla tələb olunmasını təmin etmək
·       İşçilərin mütəmadi olaraq qiymətləndirilməsini həyata keçirmək və müvafiq tövsiyələr vermək
·       Daim departament standartlarını təkmilləşdirməyə çalışmaq
·       Avadanlıqların nasazlıqlarını araşdırmaq və nasaz işin diaqnostikasını aparmaq; müştəriyə tövsiyələr vermək.
·       Layihənin icrası zamanı mühəndis dəyişikliklərinə nəzarət etmək;
·       Altsistem performansını və modifikasiya və ya təkmilləşdirmə tələblərini qiymətləndirmək üçün Tikinti Rəhbərliyinə ətraflı texniki hesabatlar təqdim etmək
·       Müştərilər, podratçılar, memarlar və digər layihə qrupunun üzvləri ilə bütün qarşılıqlı əlaqələrdə şirkəti təmsil etməkdən məsuldur.
·       Obyektlərə mexaniki işlər üzrə xidmətin göstərilməsi üçün qrafiklər və üsullar yaratmaq; resurs ehtiyaclarını müəyyən etmək; müvafiq idarəetmə heyəti ilə ehtiyacları nəzərdən keçirmək; resursları müvafiq olaraq bölüşdürmək
·       Binaların, infrastrukturların və obyekt avadanlıqlarının quraşdırılmasına, yoxlanılmasına, təmirinə, nasazlıqların aradan qaldırılmasına və gündəlik texniki xidmətə nəzarət etmək
·       Bütün qurğular və avadanlıqlar üçün profilaktik təmir və təhlükəsizlik yoxlama proqramlarını hazırlamaq və təşkil etmək.
·       Ətraf mühit, sağlamlıq və təhlükəsizlik siyasətlərinə uyğun olaraq bina və qurğuların yaxşı vəziyyətdə saxlanmasına cavabdehdir
·       Müqavilə xidmətlərinin göstərilməsində podratçılarla əlaqələndirmək.
·       Şikayətləri həll etmək üçün lazım olduqda düzəldici tədbirlər görmək.
·       Şikayətlər qeyd olunmalı və həftəlik olaraq Tikinti Layihələri üzrə Menecerinə məlumat verilməlidir.


Tələblər:


·       Mexanika mühəndisliyi üzrə bakalavr və ya master dərəcə;
·       Sənayedə 5-10 il iş təcrübəsi; Sənaye soyutma sahəsində;
·       Mürəkkəb məsələləri texniki olmayan həmyaşıdlara və rəhbərliyə çatdırmaq bacarığı;
·       Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər;
·       Rus və ya ingilis dili biliyi (yazılı və şifahi ünsiyyət qurmaq səviyyəsində)

Maraqlanan namizədlər [email protected] email ünvanına “Mexanika mühəndisi” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi