Öhdəliklər
- Müraciətlər zamanı təqdim edilən sənəd və digər sübutlar əsasında şirkət daxilində baş verən intizam xətalarını nəzərdən keçirmək, qərar vermək, rəhbərliyə təqdim etmək
- İntizam xətasına yol vermiş işçilərə AR Əmək Qanunvericiliyi, şirkətdaxili intizam qaydaları və prosedurları əsasında intizam tənbehi vermək
- İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək və cavablamaq
- Öz xahişi ilə işdən çıxışı nəzərdə tutulan işçilərin qüvvədə olan intizam araşdırmasının olub-olmadığını yoxlamaqla çıxış sorğularını vaxtında cavablamaq
- İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq
- İntizam pozuntularının kök səbəblərini araşdırmaq, gələcəkdə təkrarlanmasının qarşını almaq məqsədilə market əməkdaşları və aidiyyəti şöbə nümayəndələri (baş ofis, distribusiya mərkəzi) ilə görüşlər keçirmək və təkliflər vermək
- İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əmək etməklə tərtib etmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq
- Tərtib edilmiş əmrlərin işçilərə vaxtında imzaladılması, qeydiyyatı və arxivləşdirilməsini təmin etmək
- Xəbərdarlıq bildirişlərini tərtib etmək, aidiyyəti işçilərin bildirişlə tanış olmasını təmin etmək, həmin bildirişləri arxivləşdirmək
- İntizam xətası səbəbindən əmək müqaviləsinə xitam verilməsi qərarı alınan işçilərin müqaviləsinə AR Əmək Qanunvericiliyinə uyğun olaraq xitam vermək və bununla əlaqəli bütün işləri icra etmək
- Mediasiya təşkilatları və DƏMX-dən daxil olan intizam məsələləri ilə əlaqəli sorğuları vaxtında və düzgün cavablandırmaq, bununla əlaqəli bütün işləri icra etmək (Mediasiya sessiyasında iştirak, barışıq sazişi əsasında qəbul edilən razılaşmaların icrası və s.)
- Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək
- Dövri olaraq intizam pozuntuları ilə bağlı statistikanı əks etdirən hesabat və təqdimatlar hazırlamaq, uyğunsuzluqların azaldılması məqsədilə ərazi marketləri üzrə menecerlərlə görüşlər keçirərək statistikanı təqdim etmək
- Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmək
Tələblər
- İnsan Resursları sahəsində 2 ildən çox iş təcrübəsi
- Əmək Qanunvericiliyi üzrə yetərli biliklər
- Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək)
- MS Office proqramlarında işləmək bacarığı
- Güclü ünsiyyət və komanda ilə iş
- Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları
- Vaxtın düzgün idarə edilməsi
Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmək münasibətləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.