Azərbaycan

Kiçik Elektrik Mühəndisi

İşin qısa məzmunu və məqsədi: Kiçik Elektrik Mühəndisi tikinti və obyektlərdə elektrik sistemlərinin quraşdırılması, monitorinqi və texniki nəzarət prosesində iştirak edir. Podratçıların gördüyü elektrik işlərinin layihə və spesifikasiyalara uyğun icrasını izləyir, elektrik avadanlıqlarının quraşdırılması prosesinə nəzarət edir və tikinti komandasına texniki dəstək göstərir. Hər hansı bir uyğunsuzluq aşkar olunduğu halda, məsələni müvafiq olaraq elektrik mühəndisə yönləndirir.

 

Vəzifə öhdəlikləri

 

  • Elektrik quraşdırma işlərini və podratçıların fəaliyyətini layihə sənədlərinə uyğunluq baxımından izləmək və nəzarətdə iştirak etmək
  • Elektrik layihələrini və texniki cizgiləri oxumaq və onların icra prosesini izləmək
  • Elektrik sistemlərinin layihə spesifikasiyalarına uyğun quraşdırılması prosesində monitorinq aparmaq
  • Elektrik avadanlıqlarının quraşdırılması və ilkin test prosesində iştirak etmək
  • Layihə üzrə elektrik işlərinin icra qrafikini izləmək və mümkün gecikmələr barədə rəhbərliyi məlumatlandırmaq
  • Qüsurların və texniki problemlərin müəyyən edilməsi prosesində iştirak etmək və onları məsul mühəndislərə bildirmək
  • Aşkar edilmiş texniki uyğunsuzluqlar və risklər barədə müvafiq elektrik mühəndisləri məlumatlandırmaq

 

Vəzifə üzrə tələblər

 

  • Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi
  • Bakalavr dərəcəsi və ya ekvivalenti (Elektrik / Mexanika mühəndisliyi üzrə)
  • Layihə sənədlərini oxuma və texniki spesifikasiyaları başa düşmə bacarığı
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
  • Bacarıqlar
  • Analitik düşüncə və problemlərin ilkin qiymətləndirilməsi bacarığı
  • Vaxtın effektiv idarə olunması
  • Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı
  • AutoCAD və ya digər texniki proqram təminatları ilə işləmək bacarığı
  • Əsas xüsusiyyətlər
  • Komanda ilə effektiv işləmək bacarığı
  • Yüksək məsuliyyət və motivasiya
  • Peşəkar yanaşma və diqqətlilik

 

Əmək şəraiti:

 

İş saatı: həftənin 5 günü, saat 09:00-18:00,

İş yeri: Bravonun istismar obyektləri

 

Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “Kiçik Elektrik Mühəndisi” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi