Azərbaycan

Kompensasiya və əmək haqqı üzrə mütəxəssis

Kompensasiya və əmək haqqı üzrə mütəxəssis

Kompensasiya və əmək haqqı üzrə mütəxəssis KPI-ların təhlili, mükafatlandırma modellərinin hazırlanması və əməkhaqqı hesablamalarının dəqiq aparılmasına cavabdehdir ki, bu da əməkdaşların motivasiyasını və performansını artırmağa xidmət edir. Bu vəzifəyə həmçinin rəhbərliyə və dövlət qurumlarına təqdim olunacaq hesabatların hazırlanması və əmək və vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi daxildir.

Əsas öhdəliklər:

  • Dövri əsasda əsas fəaliyyət göstəricilərinin (KPI) hesablanması və nəticələr əsasında mükafatların müəyyən edilməsi;
  • KPI nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Əsas fəaliyyət göstəricilərinə dair hədəf təkliflərinin hazırlanması;
  • Əməkdaş motivasiyasını və performansını artırmaq üçün uyğun mükafatlandırma və bonus modellərinin hazırlanması;
  • KPI nəticələrinin məhsuldarlığının ölçülməsi və izlənilməsinin təmin edilməsi.
  • Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasında dəstək
  • Dövlət və rəhbərlik hesabatlarının hazırlanmasında dəstək.
  • Birdən çox prioriteti eyni zamanda idarə etmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, insan resursları və ya müvafiq sahə üzrə);
  • Əməkhaqqı hesablanması və KPI təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə biliklər;
  • MS Excel və vizualizasiya proqramları ilə yüksək səviyyədə işləmək bacarığı (Power BI üstünlükdür);
  • İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı;
  • Məsuliyyətli, dəqiq və punktual olmaq;