Azərbaycan

Debitor borclar üzrə kiçik mühasib

Debitor borclar üzrə kiçik mühasib

İşin məqsədi: Debitor borclarına gündəlik nəzarət

 

Öhdəliklər:

 

  • İnvoysların yazılması üçün daxili sistemə (COİNS) uyğun olaraq excel faylda dataların hazırlanması
  • Daxili sistemdə (COİNS) invoysların yazılması və vergi sisteminə (e-tax) göndərilməsi. Daha sonra COİNS və e-tax sisteminin üzləşdirilməsi.
  • Bank çıxarışının gündəlik yoxlanılması
  • Təchizatçılara göndərilən qaimələrə əsasən debitor borclar üzrə hesabatın hazırlanması.
  • Təchizatçılardan daxil olan email və zənglərin vaxtında cavablandırılması
  • Təchizatçıların müraciətinə əsasən borc siyahılarının hazırlanması və göndərilməsi
  • Ehtiyac olduqda invoys və e-qaimələrdə düzəlişlərin edilməsi
  • İnvoyslara əsasən təchizatçılardan daxil olan aktların yoxlanılması və imzaya təqdim edilməsi
  • Təchizatçı tərəfindən düzəlişə göndərilən qaimələrin izlənməsi və yenidən geri göndərilməsi
  • Təchizatçılara göndərilən qaimələrə əsasən borc məbləğlərinin vaxtında ödənilməsinə nəzarət edilməsi.
  • Yaranan fərqlərin araşdırılması və həll edilməsi
  • Ehtiyac olduqda problemlərin həlli üçün təchizatçılarla görüşlərin keçirilməsi
  • Ay ərzində daxil olan qalıq ödənişlərin ay sonu yoxlanması
  • Təchizatçılarla rüblük üzləşmələrin edilməsi və aktların hazırlanması

 

Tələblər:

  • Mühasibat uçotu/maliyyə üzrə bakalavr dərəcəsi
  • Mühasibat uçotu üzrə fundamental biliklər
  • Minimum 1 il mühasibatlıq təcrübəsi
  • Microsoft office, xüsusilə excel proqramlarında işləmə bacarığı
  • Möhkəm ünsiyyət, danışıq və yazı bacarıqları 
  • Dəqiqlik və detallara diqqət
  • Sənədləşdirmə və qeydlərin aparılması tapşırıqlarını yerinə yetirmək bacarığı
  • Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları; ingilis dili üzrə orta səviyyə kifayətdir.
  • Analitik düşünmə bacarıqları və tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
  • Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
  • Situasiyaları təhlil etmək, problemləri müəyyən etmək və həll yollarını tövsiyə etmək bacarığı

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Debitor borclar üzrə kiçik mühasib” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi