Vəzifə öhdəlikləri:
- Mərkəzi anbarın inzibati binasında və ümumi ərazisində təmir və texniki xidmət işlərində dəstək göstərilməsi
- Elektrik, qaz və su xətlərinin çəkilişində texniki əməkdaşlara dəstək göstərilməsi
- Anbar əraizində formalaşan tullantıların toplanması və təyin olunmmuş yerlərə daşınması
- Mexaniki və elektrik işləri, asma tavanları və divarların üzlənməsi, suvaqlama və s. işlərdə texniklərə dəstək göstərilməsi
- Şüşəli arakəsmə divarlar, boyama və dekorasiya, cərəyan yuvalarının təmiri və yerdəyişməsi, işıqlandırma işləri və mətbəx daxilindəki işlərin icrasında texniklərə dəstək göstərilməsi
- SƏTƏM qaydalarına riayət etməklə Mərkəzi anbara məxsus avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini həyata keçirmək;
- Kimyəvi təmizləyici vasitələri və elektrik avadanlıqlarını təlimata uyğun saxlamaq və istifadə etmək;
- Təmizlik vasitələri tükənmək üzrə olduqda, həmçinin hər hansı texniki nasazlıq və ya qüsur aşkar olunduqda bu barədə məsul şəxsə məlumat vermək;
- Soyuducu və digər anbar ərazilərində quraşdırılmış rəflərin yoxlanılması, bərkidilməsi və zəruri hallarda yenisi ilə əvəzləmək;
- Anbarin sahəsində təmizlik və ümumi təsərrüfat işlərinin həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Nəzərdə tutulan təxirəsalınmaz təmir xidməti üçün 24 saat xidmət göstərmək;
- İş vaxtı daxilində asudə vaxtların dəyərləndirilməsi üçün anbar ərazisində yaranan texniki istismar üzrə proseslərdə aidiyyəti şöbə əməkdaşlarına dəstək göstərmək;
- Rəhbərliyin tapşırığı ilə əlavə SƏTƏM təlimatlarına ehtiyac olmayan vəzifəyə uyğun digər işləri həyata keçirmək
Tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Komandada işləmək bacarığı
- Təsərrüfat işləri üçün nəzərdə tutulmuş alət və avadanlıqlarla işləmə bacarığı
İş şərtləri:
- 6 gün (Bazar ertəsi – Şənbə)
- Nahar təminatı
- Nəqliyyat xidməti təmantı:
- I marşrut: Koroglu m/s – Lokbatan, çıxış: 07:15
Lokbatan – Koroglu m/s, çıxış: 17:15
- II marşrut: 20 yanvar – Lokbatan, çıxış: 07:20
Lokbatan – 20 yanvar, çıxış: 17:15
Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “Təsərrüfat xidmətləri üzrə köməkçi” qeyd etməklə edə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.