Bravo market

bravo market
Şəfa Ağazadə
2018 Praktikum məzunu

"Peşəkarlardan öyrəndiyim iş, yaranan mühit və qurduğum yeni dostluqlarla növbəti yay tətilini yox, təcrübəçisi olduğum şirkətin işçisi olmaq ümidi ilə, 2018-ci il yay tətilimi minimum vaxta maksimum təcrübə ilə keçirdim."

bravo market
Mirhəbib Əlizadə
2018 Praktikum məzunu

"Bravoda təcrübəçi olmaq mənim üçün çox pozitiv təcrübə idi və əminliklə hər kəsə bu proqramı məsləhət görəcəm. İnanıram ki, burada qazandığım bilik və bacarıqlar gələcək professional həyatım üçün çox böyük bünövrə olacaq."

bravo market
Aral Quluzadə
2018 Praktikum məzunu

"Bravo mənə çox şey qazandırdı. Yeni macəra, yeni insanlar, yeni dostlar, yeni təcrübə saymaqla bitməz. Bu ailənin bir parçası olduğum üçün çox şadam."

bravo market
Nərmin Musayeva
2018 Praktikum məzunu

"Praktikum ərzində həm karyerama həm də şəxsi inkişafıma kömək edən  bir çox təlimlər  keçirildi. Elə burda özümün də fərqinə olmadığım bir sıra xüsusiyyət və keyfiyyətlərimi aşkar etdim, yeni bacarıqlar əldə etdim. Bu da Mənim üçün həqiqətən də əla bir iş təcrübəsi oldu."

bravo market
Şəms Abbasova
2018 Praktikum məzunu

"Praktikum təcrübə proqramına qatılmaq istəyən insanlara deyəcəyim budur ki, heç peşman olmayacaqsınız, Əksinə, yeni dostluqlar qazanacağınıza, sizə göstərilən xoş, yardımsevər münasibətə və hansı şöbədə olmağınızdan asılı olmayaraq sizə əsl işçi kimi davranıb həmin şöbə və daha artığı ilə bağlı nə varsa hər şeyi öyrədəcəklərinə əmin ola bilərsiniz. "

bravo market
Fərid Orucov
2018 Praktikum məzunu

"Bravo əməkdaşı olmaq mənə fəxr hissini yaşatdı. Bu şirkət mənim yaddaşımda həmişə xoş xatirə kimi qalacaq."

bravo market
Nigar Eminova
2018 Praktikum məzunu

"Universitetə daxil olduğumdan bəri hər zaman real iş mühitində çalışmaqla yanaşı faydalı bir nəticə əldə etməyi arzulamışam. BRAVO-da çalışmağa başladığım ilk həftədən anladım ki, öz arzuma məhz burada çata bilərəm. Təcrübə keçdiyim departamentdə bütün əməkdaşlar tərəfindən xoş qarşılanmağım, daimi olaraq onların maraq və diqqətlərini öz üzərimdə hiss etməyim məsuliyyətimi və işə olan sevgimi daha da artırdı.“

bravo market
Nuranə Əlizadə
2018 Praktikum məzunu

"Bravo Supermarketlər şəbəkəsində işləmək arzum nəhayət həyata keçdi. Xoş iş mühiti və kollektivə malik, karyera inkişafına daima dəstək olan bir şirkətdə işləmək məncə hamının böyük arzusudur. Praktikum proqramından sonra mənə qalan bilik və təcrübə, əvəzolunmaz dostlar və insanlar əbədi olaraq mənimlə qalacaqlar! "

 

bravo market
Rəfi Əsgərli
2018 Praktikum məzunu

"2 aylıq təcrübə müddətimdə Bravo-da mənim üçün yadda qalan, unudulmaz günlər kifayət qədər çox oldu. Ən yadda qalan hadisə isə, heç şübhəsiz ki, uşaqlıqdan azarkeşi olduğum komandanın - Neftçi PFK-nin Bravo-ya azarkeşlərlə görüşə gəlməsi və mənim həmin görüşdə Bravo tərəfindən nümayəndə kimi iştirak etməyim idi."