İnsan Resurslarının Siyasəti
Şirkət İnsan Resurslarının İdarəolunmasını beynəlxalq təcrübə əsasında qurur, həmçinin, öz işçilərini ən dəyərli kapitalı sayaraq onların şəffaf şəkildə işə qəbulunu, effektiv təlim və inkişafını, əmək fəaliyyətinin periodik qiymətləndirilməsini, vəzifə və fəaliyyətinə görə əməyin ədalətli və rəqabətli ödənişini və uğurlu karyera yüksəlişini təmin edir.
İşlərimizdə təkrarçılığa yol verməmək üçün, biznes standartlarını inkişaf etdiririk.
İşə qəbul siyasəti
Şirkət hər kəsə eyni imkanlar yaradır və işə qəbulu irq, dərinin rəngi, dil, cins, yaş, əlillik və/və ya digər amillərdən asılı olmayaraq həyata keçirir.
Biz əmək bazarında özünə güvənən, pərakəndə satış sahəsində karyera qurmaq istəyən aktiv, dürüst, öyrənməyə meyilli namizədləri şirkətin işə qəbul qaydaları çərçivəsində işə alırıq.
Bu bölmədə siz bizim şirkətində karyera imkanlarından məlumat ala bilərsiniz.