Karyera günləri
Hələ də işə müraciət etməyin nə qədər çətin olduğunu düşünürsünüz?
Bravo mağazalarına işə qəbul daha da asanlaşdı. İşə qəbul prosesi sizlərin mümkün qədər rahat, tez və yorulmadan işə qəbul imkanınıza nail ola bilərsiniz.
Əmək yarmarkası
Əmək Yarmarkasının Təqvimi:
26 Sentyabr 2019-cu il – Bravo-da İşə qəbul ilə bağlı Açıq Qapı Günü Saat 10.00 – 16.00 Park İnn Otel – 1 Azadlıq prospekti, Bakı – şəxsiyyət vəsiqəsi vacibdir
Açıq qapı günləri
Bravo-da iş arzulayanlar, indi siz CV göndərmədən birbaşa Bravo-ya gələrək müsahibədən keçə bilərsiniz. Sadəcə hər bazar ertəsi və cümə axşamı saat 10:00-13:00 arası qeyd olunan ünvanlara gəlin!
Mağazalarda Açıq Qapı günlərinin Təqvimi:
Hər həftənin birinci və dördüncü günləri saat 10:00-dan 13:00-a qədər aşağıda qeyd olunan mağazalara yaxınlaşaraq müsahibədən keçə bilərsiniz.
HİPERMARKETLƏR
- Əhmədli qəsəbəsi, R.Quliyev küç. 4
- “Koroğlu” m/s yaxınlığında, Heydər Əliyev pr. 172
- “20 Yanvar” m/s yaxınlığında, Tbilisi pr. 3007 məhəllə
SUPERSTOR VƏ SUPERMARKETLƏR
- Babək prospekti, Xətai m/s yaxınlığında
- 28 Mall
Hal-hazırda ölkədə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Açıq Qapı günlərinə fasilə verilmişdir.