Bravo market

Bravo Marketçilik Məktəbi

 

Bravo Marketçilik Məktəbi ixtisaslı market işçilərinin yetişdirilməsini hədəfləyən təlim proqramını təqdim edir.

Bravo Marketçilik Məktəbi aşağıda qeyd olunan:

  • təzə qida şöbələri üzrə satıcı
  • quru qida şöbələri üzrə satıcı
  • qeyri-qida şöbələri üzrə satıcı,
  • kassir və
  • mal qəbulçusu 

ixtisasları ilə maraqlanan və uzun müddətdə karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçün ixtisaslaşma imkanı yaradır. Təcrübəsindən asılı olmayaraq, marketçilik sahəsi ilə maraqlanan hər bir şəxs bu təlim proqramına qoşula bilər. Proqram bu sahədə bilik və bacarıqların əldə edilməsi üçün nəzəri və praktiki təlimlərdən ibarətdir.Təlimlərin sonunda iştirakçıların əldə etdiyi bilikləri qiymətləndirmək üçün imtahan və bacarıqlarının möhkəmləndirilməsi üçün praktiki təlim nəzərdə tutulur. Bununla yanaşı, Bravo Marketçilik Məktəbinin təlimlərində davamlı şəkildə iştirak edən və uğurla yekunlaşdıran bütün iştirakçılar sertifikatla təmin olunur. Bu da onların gələcəkdə işlə təmin olunması imkanlarını artırır. Təlimlər tam iş günü ərzində keçirilir və təlim müddətində iştirakçılar təqaüdlə təmin olunur.

Müraciət üçün link: https://bit.ly/MarketçilikMəktəbi