Bravo market

2020

bravo market
Abbas Babayev
2020 Praktikum məzunu

 “Praktikum proqramına qəbul olduğum barədə xəbəri eşitdikdən sonra bu qədər müraciətlərin içindən seçildiyim və qiymətləndirildiyim üçün həm özümü dəyərli hiss etdim, həm də peşəkar mühitin bir parçası olacağım üçün böyük gözləntilərə qapıldım. Lakin, bu gözləntilərim gözlənti olaraq qalmadı. Hər keçən gün yeni məlumatlar almağım işlədiyim müddətdə bir dəqiqə də olsun sıxılmamağıma və həvəslə işləməyimə səbəb oldu. Praktikum mənə həm də yeni əlaqələr yaratmaq üçün çox faydalı oldu. Digər təcrübəçilərlə hal-hazırda çox möhkəm dostluq və tanışlıq əlaqələrimin olmağı yeni faydalı insanlarla əlaqələr qurmaq adına çox böyük bir addımdır. Düşünürəm ki, artıq Satınalma sahəsində yetəri qədər təcrübəyə sahib bir kadr kimi gələcəkdə bu sahədə heç bir problemlə üzləşməyəcəm və buna səbəb olan hər bir Bravo əməkdaşına borcluyam."

bravo market
Əzizəxanım Məhərrəmli
2020 Praktikum məzunu

 “Mən Bravoda çox şey qazandım: iş mühitində davranış qaydalarını öyrəndim, ilk dəfə olaraq universitetdə öyrəndiyim 4 illik nəzəri bilikləri praktiki olaraq həyata keçirməklə yanaşı, yeni biliklər də əldə etdim, yeni dostlar qazandım, mentorumun verdiyi tapşırıqları yetişdirə bilməmək həyəcanı və məsuliyyətini ilk dəfə hiss etdim, mehriban, səmimi kollektivlə birlikdə işləmək şansı əldə etdim. Yaxşı ki mən də Praktikum məzunuyam! Bu təcrübə, bu gözəl günlər həyatımın gələcək illərində də mənə stimul olacaq!"

bravo market
Fəyyaz Fərəcov
2020 Praktikum məzunu

“Rəsmi iş, korporativ mühit, insanların bu mühitdə bir-biri ilə davranışları və komanda işi həmişə mənim üçün sual olaraq qalırdı. Ən nəhayət mən bu suallarıma Bravoda çox gözəl cavab tapdım. Həyatımda ilk rəsmi iş oldu. 3 aylıq təcrübə ərzində çoxlu insan tanıdım, bilmədiklərimi öyrəndim, bildiklərimi paylaşdım, təzyiq altında işləməyi, düşdüyün situasiyaya uyğun plan qurub hərəkət etməyi və bunlar kimi çoxlu dəyərli təcrübələr qazandım. 3 aylıq bir təcrübə olmasına baxmayaraq mənə qazandırdığı təcrübə bir ömür mənimlə qalacaq və heç şübhəsiz deyə bilərəm ki, bu təcrübə gələcək iş həyatımda uğurlu bir iş adamı olmağımda mənə çox kömək olacaq."

bravo market
İlyas Quluzadə
2020 Praktikum məzunu

“Praktikum təcrübə proqramına müraciət edərkən onun digər təcrübə proqramlarından fərqləndiyinə inanırdım, təcrübəyə başladığım ilk gündən isə o fərqi yaşadım. Təcrübə keçdiyim şöbədəki səmimi ortam mənim üçün hər şeydən vacib idi. İkinci önəmli məqam isə həmin şöbədəki insanlardan öyrəndiyim bilik və bacarıqlardır. Təcrübə müddətimdə Covid-19 səbəbindən digər təcrübə yoldaşlarımla yaxın təmasdan uzaq dursaq da, xoş söhbətlərdən və müzakirələrdən uzaq dura bilmədik. Növbəti təcrübə proqramının bir hissəsi olmaq istəyənlərə demək istəyirəm ki, korporativ dəyərləri öyrənmək, iş təcrübəsi toplamaq, təlimlərdə iştirak etmək və yeni dostlar qazanmaq istəyirsinizsə, mütləq düşünmədən müraciət edin"

bravo market
Lalə Novruzova
2020 Praktikum məzunu

“Bravo sayəsində əsl iş mühitinin necə olduğunu canlı şəkildə gördüm. Yeni dostluqlar qazanmış oldum, bundan əlavə, son həftələrdə üzərində çalışdığımız tapşırıq sayəsində əsl komanda işi necə olmalıdır və ən əsası komanda daxilində iş bölgüsü necə olmalıdır bunu öyrənmiş və görmüş oldum. Bravonun yaratmış olduğu iş mühiti və daim keçdiyimiz təlimlər mənə vaxtımı düzgün istifadə etməkdə və gələcək həyatımda daha peşəkar olmağıma kömək göstərdi. Ümumilikdə deyə bilərəm ki, keçdiyim təcrübə dövründə əldə etdiyim biliklər və alışqanlıqlar gələcək karyeramda uğur qazanmağıma yardımcı olacaqdır."

bravo market
Məsmə Useynzadə
2020 Praktikum məzunu

“Bravo Praktikum təcrübə proqramı elanı ilə tanış olduqda bəlkə də elə  karyeramı möhkəmləndirəcəyim  məkan burasıdır dedim. İlk ofisə addım atdıqda burda nə baş verir, bu prosessler necə işləyir, mən bunların hamısını qısa müddətə necə öyrənəcəm deyə suallar başlasa da, Bravo heyəti artıq 1 ay müddətində mənə bütün prosesləri öyrətməyi bacardı. Bravonun mənə qazandırdıqları haqqında düşünsəm yəqin ki, fərdi inkişaf, kollektivlə işləmə qabiliyyəti, analiz bacarıqlarımın genişləndirilməsi və ən əsası da, Bravo ailəsi və çox dəyərli dostlar olardı.  Karyeramı burda davam etdirmək ümidi ilə, sən unudulmaz bir təcrübə oldun Bravo.."

bravo market
Nərmin Bayramova
2020 Praktikum məzunu

“Praktikum proqramına qəbul olmağımın mənim üçün böyük nailiyyət olduğuna əvvəlcədən inanırdım. Təcrübə müddəti başladıqda, ilk həftələrdən etibarən buna bir daha əmin oldum. Hər zaman öyrətməyə və köməyə hazır olan kollektiv, peşəkar mühit, gözləntilərimi artıqlaması ilə doğrultdu. 3 aylıq təcrübə müddətinin həm biliklərimin artmasında, həm də şəxsi keyfiyyət və bacarıqlarımın inkişafında əhəmiyyətli təsiri oldu. Bu müddət ərzində Praktikum əsasən mentorumun dəstəyi ilə iş mühitinə adaptasiya olmağıma, lazımi bilikləri mənimsəməyimə və bir çox mövzularda düzgün yanaşmamın formalaşmağına səbəbkar oldu. "

bravo market
Nicat Dəmirov
2020 Praktikum məzunu

“Bravoda təcrübə keçmək mənə yeni biliklərlə yanaşı yeni dostluqlarda qazandırdı.Heç zaman unutmayacağım gözəl təcrübə oldu mənim üçün.Hər zaman bir supermarketin lT sistemi mənim üçün maraqlı olmuşdu. Artıq BRAVO sayəsində bütün suallarmın cavabını tapdım. Bu fürsəti mənə tanıyan bütün BRAVO kollektivinə təşşəkürlərmi bildirəm."

bravo market
Rəhimə Nayibzadə
2020 Praktikum məzunu

“Praktikum təcrübə proqramı sayəsində korporativ iş mühitində işləmək ilə yanaşı, həm də gələcək karyeramı hansı istiqamətdə davam edəcəyimə əmin oldum. Əminliklə deyə bilərəm ki, Praktikum, ixtisasımla bağlı ən böyük təcrübə olmaqla yanaşı həm də şəxsi inkişafımda və motivasiyamda çox böyük rol oynadı. 3 ay təcrübə müddətində yüksək ruh halında, işinin peşəkarları olan kollektivlə işləmək böyük şans idi. Bravo kollektivinin əsas fərqləndirici xüsusiyyətlərindən biri isə mehriban olmasıdır, bununla da Bravo öz fərqini ortaya qoyur."

bravo market
Səbinə Əkbərova
2020 Praktikum məzunu

“Mağazalarda keçdiyim təcrübə ərzində mənim bir mentorum olsa da onlarla öyrədənim var idi. Mağazada hər bir vəzifə sahibindən nələrsə öyrənəcəyimə inanırdım və yanılmadığımın da zamanla şahidi oldum. Bravo brendinin arxa səhnə qəhrəmanları  və onların fəaliyyəti ilə yaxından tanış olma şansım oldu. İşə hər gün yeni bir şeylər kəşf etmək, yeni şeylər öyrənmək həyəcanı ilə gedirdim. Nəticədə çox gözəl və məhsuldar bir təcrübə yaşadım. BRAVO mənə yeni sahədə çoxlu biliklər qazandırdı, sahəsində profesionallaşan insanlarla tanışlıq şansı verdi, korporativ mühitdə ilk iş təcrübəmi yaşatdı və çoxlu yeni dostlar, yeni sosial çevrə qazandırdı."

bravo market
Sahib Allahverdiyev
2020 Praktikum məzunu

“Praktikum mənə təqdimat hazırlamaq, ictimaiyyət qarşısında çıxış,komanda üzvü olmaq və pərakəndə satış sahəsi haqqında bir çox nəzəri bilik və bacarıqlar qazandırdı. Fikrimcə mənim üçün Praktikum həm də peşəkar mühitə uyğunlaşmaq üçün bir sıra bacarıqların öyrədildiyi təlimlər ilə yadda qalacaq. Əldə etdiyim bilik və bacarıqlar mənə peşəkarlar tərəfindən aşılandığı üçün bu bacarıqların gələcək karyeramda əvəzsiz rol oynayacağına əminəm.Bunun üçün bütün Praktikum 2020 ailəsinə təşəkkür edirəm."

bravo market
Türkan Kərimova
2020 Praktikum məzunu

“Karyerama Bravoda və bu qədər peşəkar insanlarla birgə başladığım üçün özümü çox şanslı hiss edirəm. Bravonun gənclər üçün yaratdığı bu şərait təqdirə layiqdir. Bu 3 aylıq təcrübə müddətində öyrəndiklərimin mənim gələcək inkişafım üçün əvəzsiz rol oynayacağına əminəm. Bravo ailəsinə təşəkkürümü bildirir və özüm də bu ailənin bir üzvü olmaqdan qürur duyduğumu bildirmək istəyirəm. Bravo mənə yalnız bilik deyil, həm də çox dəyərli dostlar qazandırdı. Ümid edirəm ki, Bravo ilə yollarımız yenidən kəsişəcək və bu ailənin üzvü olmağa davam edəcəyəm."

bravo market
Zülfiyyə Abiyeva
2020 Praktikum məzunu

“Bravo mənim müasir korporativ mühitdə ilk iş təcrübəm oldu və inanıram ki, Bravoda qazandığım dəyərlər və bacarıqlar gələcək karyeramda mənə çox kömək olacaq. Təkcə ofis şəraitində deyil, hətta evdən işləməklə də necə məhsuldar və effektiv olmağı birlikdə öyrəndik, yeni yollar sınaqdan keçirdik, hansı ki həm yadda qalan oldu, həm də şəxsi inkişafımıza töhfələr verdi. Kiçik layihələr, inkişaf günləri və yarışmalar da öz növbəsində 3 aylıq təcrübə proqramını daha maraqlı etdi və yeni tanışlar qazanmağıma, əlaqələrimi daha da genişləndirməyimə vəsilə oldu. "

bravo market
Aysu İsmayılzadə
2020 Praktikum məzunu

“Keçirdiyimiz 3 ay ərzində tez-tez həm fərdi görüşlər, həm də kollektiv inkişaf günlərinin keçirilməsi mənim Praktikum təcrübə proqramına müraciət edərkən təsəvvür belə edə bilmədiyim, hər bir təcrübəçiyə özlərini rahat və dəyərli hiss etdirən, onları həyatın hər sahəsinə hazır olmağa kömək edən incə və önəmli detallar idi. Şirkətin mühiti, görülən işlərin sistemliliyi bizim işə çox tez adaptasiya olmamıza və özümüzü təcrübəçi yox, əsl işçi kimi hiss etməmizə səbəb olurdu. Sahə üzrə biliklərin əldə edilməsi gözlədiyimdən daha yüksək səviyyədə idi. Mentorlar xırda işlərlə yanaşı, gələcəkdə öz sahəmin peşəkarı kimi fəaliyyət göstərdikdə qarşıma çıxa biləcək bütün xırdalıqları öyrədir, bəzən böyük təcrübə tələb edən işləri də mənə yönləndirir, mənə etibar etdiyini və güvəndiyini daima göstərir, özümə olan inamımın artmasına da kömək edirdi. bu qədər öyrədici, eyni zamanda əyləncəli günlər keçirdiyim üçün çox xoşbəxtəm! Düşünürəm ki, qısa Praktikum dövründə əldə etdiyimiz təcrübə, xoş xatirələr, dostluqlar ömrümüzün sonuna qədər bizimlə olacaq və gələcək karyeramızın formalaşmasında böyük rol oynayacaq!”

bravo market
Dəniz Əyyublu
2020 Praktikum məzunu

“Praktikumdan öncə Satınalma və Təchizat prosesi haqqında kiçik anlayışlarım var idi, lakin bu 3 ay müddətində bu sahəni daha dərindən həm nəzəri həm də praktiki olaraq öyrəndim. Bravo kimi böyük şirkətin pərdəarxası prosesləri ilə yaxından tanış olmaq və bu şirkətin kiçik bir hissəsi olmaq çox maraqlı təcrübə idi. İş bacarıqlarından əlavə təcrübə boyunca keçirilən təlimlər sayəsində mən həm də digər səriştələr əldə etdim. Ofis mühitində və kənar şirkət nümayəndələri ilə peşəkar danışıq bacarıqlarımı inkişaf etdirdim. Əminliklə deyə bilərəm ki Praktikum sayəsində qazandığım təcrübə, bilik və bacarıqlar mənə gələcək karyera imkanlarnda çox faydalı olacaq."

bravo market
Fuad Süleymanov
2020 Praktikum məzunu

“Mənim üçün ilk ciddi iş təcrübəsi sayılacaq bu 3 aylıq qısa amma yaddaqalan müddət gələcək karyeramın istiqamətlənməsində mənim üçün əvəzedilməz təcrübə oldu.Buna həm sahib olduğum peşə sahəsinin biliklərinin yiyələnməsi, həm də korporativ mühitlə tanışlıq daxildir. Təcrübə proqramına başlamazdan əvvəl mən istər mentorum,istərsə də şöbəmdə olan digər işçilər tərəfindən yalnız bir təcrübəçi hesab olunub diqqətsiz qalacağımı düşünürdüm. Lakin gözləntilərimin tam əksi oldu,heç bir halda belə bir situasiya ilə üzləşmədim və müsbət mənada bu məni təəccünəndirdi.Bu isə bir yerdə işlədiyim şəxslərin  yüksək peşəkarlığına dəlalət edir ki,peşəkarlarla işləmək  hətta onlardan irad eşitmək bele böyük bir təcrübədir. "

bravo market
Kamal Məmmədov
2020 Praktikum məzunu

“Praktikum təcrübə proqramı müddətində möhtəşəm və zəngin praktiki bilik əldə etdim. Əvvəllər ağlıma belə gətirə bilməyəcəyim işlərin öhdəsindən gəlmək və hər dəfəsində bunun nəticəsini anlamağım və qazandıqlarımın mənə gündəlik yaşam mühitimdə kömək olacağı mənim üçün həqiqi bir həyat dərsi oldu. Bu qısa lakin hər günü bir-birindən maraqlı keçən təcrübə proqramında həm iştirak etdiyim komandalarda və olduğum departamentdə daha çox gündəlik olaraq necə özüm qazanacağımı və başqalarına necə qazandıracağımı öyrəndim. Yeni dostluqlar və mənim üçün dəyərli insanları burada əldə etdim. Praktikum heyəti- internlərin fərqliliyi, onların daima nə isə öyrənməyə və öyrəndiklərini tətbiq etməyə çalışmaları məni dərin motivativasiya edirdi. Yalnız professional deyil, həmçinin, şəxsi məsələlərin müzakirəsində də Praktikum internlərinin payı danılmazdır. "

bravo market
Leyla Nəzərəli
2020 Praktikum məzunu

“Bravoda təcrübəmin başladığı ilk gün sanki yeni bir həyata addım atmış kimi hiss etdim. Burada hər kəs o qədər səmimi və qayğıkeş idi ki, özümü illərdir  burada çalışırmış kimi hiss edirdim. Bura gələrkən düşünürdüm ki ,əldə etdiyim nəzəri bilikləri praktiki olaraq tətbiq edəcəm. Nəticədə isə mən bununla yanaşı yeni biliklər, yararlı təcrübə əldə etdim və gözəl ünsiyyət qurma imkanım əldə etdim. Praktikum zamanı kompüterlə daha effektiv işləmək , komanda işi və layihə hazırlama bacarığımı da təkmilləşdirdim, satınalma sahəsində bəzi spesifik biliklər əldə etdim. Keçirilən təlimlər nəticəsində təhlil etmə, təqdimat və kommunikasiya bacarığımı artırdım."

bravo market
Murad Teymurov
2020 Praktikum məzunu

“Praktikum təcrübə proqramı ən yaxşı təşkil olunmuş təcrübə proqramlarından biridir.Təcrübəçilərə proqram çərçivəsində özlərini işçi kollektivinin bir parçası kimi hiss etməsi üçün tam şərait yaradılıb.Bravonun  mehriban işci heyəti, hər zaman dəstək göstərməyə hazır olan mentorlar  və  isçilərə daim dəstək olan insan resursları komandası Bravonu unudulmaz etməklə şanaşı karyera seçimi üçün ideal bir şirkət edir. Öz üzərində işləyən və daim öyrənməyə can atan tələbə və məzunlar üçün öz bacarıqlarını praktikada tətbiq etmək və uğurlu karyeraya başlamaq üçün yaratdığı şəraitə görə Bravoya sözün əsl mənasında “Bravo”. Bravo bir ailədir və mən çox xoşbəxt insanam ki, 3 ay boyunca bu ailənin bir parçası oldum."

bravo market
Nigar Məlikzadə
2020 Praktikum məzunu

“Təcrübəyə başladığım ilk gündən anladım ki, burda keçirəcəyim 3 ay müddət mənim üçün çox faydalı, maraqlı və əvəzolunmaz bir təcrübə olacaq. Şirkətdəki korporativ mühit adaptasiya olmağıma heç bir maneə yaratmadı, əksinə ilk gündən özümü şirkətin əməkdaşı olaraq hiss etməyə başladım. 3 ay müddətində mən hər zaman özümü çalışdığım komandanın dəyərli bir üzvü kimi hiss etdim. Təcrübə müddətində həm iş bacarıqlarımı, həm də şəxsi bacarıqlarımı inkişaf etdirmək şansı əldə etdim. Peşəkar mütəxəssislərin təcrübələrindən yararlanmaq, işin vacib məqamlarını onlardan öyrənmək mənə çox böyük fayda qazandırdı. Mən əminəm ki, bu təcrübə proqramında iştirakım gələcək karyeramın başlanğıc pilləsi olacaqdır.”

bravo market
Nicat Fətəliyev
2020 Praktikum məzunu

“3 aylıq Praktikum proqramı sayəsində ilk dəfə olaraq korporativ mühitdə işləməyi və iş gedişatını, krizis dövründə iş mühitinə adaptasiya olmağı, layihələr hazırlamağı və ən əsası vaxtımı düzgün idarə etməyi öyrəndim. Bu təcrübədən qazandığım bilik və bacarıqların gələcək karyeramda mənə dəstək olacağına və istiqamət verəcəyinə inanıram. Pandemiya zamanı yaranan bütün çətinliklərə rəğmən bu təcrübəni maraqlı və məhsuldar etməkdə rolu olan Bravo əməkdaşlarına, bizi xoş qarşılayan Bravo kollektivinə, mentoruma və həmçinin yadda qalan 3 ay keçməsinə səbəb olan təcrübəçi dostlarıma təşəkkür edirəm.”

bravo market
Rəşid Bədirxanlı
2020 Praktikum məzunu

“Praktikum karyeramın başlanğıcında mənim üçün əvəzolunmaz şans oldu. Buradakı kollektivlə çalışmaq mənim üçün çox xoş və yadda qalan oldu. Burada real iş mühitində çalışma, mənim mütəxəssis kimi yetişməyimdə böyük rol oynadı. Həmçinin praktikum müddətində yeni dostlar da qazandım. Bu 3 ay pandemiya şəraitində olsa belə tam effektiv oldu. Gələcək tələbə və məzunlara şiddətlə tövsiyə edirəm. Təşəkkürlər BRAVO!”

bravo market
Sadiq Axundzadə
2020 Praktikum məzunu

“Praktikum mənim üçün ilk iş təcrübəsi və gələcək karyeram üçün ilk addım olduğu üçün həmisə ağlımda xoş xatirə kimi qalacaq. Çox şadam ki ilk addımımı işçisinin həm peşəkar həm də şəxsi inkişafına səbəb olan sürətli inkişaf mühitində atdım. İlklər heç zaman unudulmur.”

bravo market
Sara Əbilova
2020 Praktikum məzunu

“Praktikum təcrübə proqramı ərzində həm ofis həm ev rejimində işləmək şansım oldu, və hər iki iş şəraiti mənə çox şey öyrətdi. Bu müddət ərzində bütün çətinliklərin tez bir zamanda öhdəsindən gəlməyi və dəyişikliklərə uyğunlaşmağı öyrəndim. Proqram eyni zamanda bizi müxtəlif komanda işlərinə də cəlb etdi, hansı ki məni bir komanda oyunçusu kimi inkişaf etdirdi. Praktikum ərzində qazandığım bütün dəyərli bilik və bacarıqlar üçün Bravo ailəsinə minnətdaram. İnanıram ki bu təcrübə mənim gələcək karyera uğurlarım üçün cığır açacaq.”

bravo market
Vüqar Əliyev
2020 Praktikum məzunu

“Praktikum”-un test mərhələsi zamanı müraciət sayı və plan üzrə yerə görə çox az bir şans olduğunu görüb “yəqinki alınmaz” demişdim. Amma alındı! “Praktikum” zamanı bir çox şey öyrəndim. Ölkənin ən nüfuzlu supermarketlər şəbəkəsində işlərin necə getdiyini, professional iş mühitindəki münasibətləri və ən əsası ixtisasımla bağlı bir çox şeyi öyrənmək və təcrübə etmək imkanım oldu. Bundan başqa müxtəlif inkişaf günlərində istər gələcək iş həyatımızda, istərsə də gündəlik həyatımızda bizə lazım olacaq bir çox vacib məlumatlar öyrəndik. Qrup şəklində işlər gördük və bu şəkildə çalışma bacarığımızı daha da inkişaf etdirmək imkanımız oldu.”