2019

"İlk həftədən anladım ki, Bravo mənə həm təcrübə həm də şəxs inkişaf imkanı yaradacaq. Əminliklə deyə bilərəm ki, burada qazandığım təcrübənin bəhrəsini həyatımın hər bir anında görəcəyəm "

"İki aylıq təcrübə müddətində korporativ iş mühitində işləmək, kollektivin işin gedişinə və nəticəsinə təsiri, iş mühitinə adaptasiya, komanda ilə işləmə bacarığı və digər bilik və bacarıqların gələcək həyat və kariyeram boyu mənə faydalı olacağına inanıram."

" Bravo bu yay tətilimin həm səmərəli, həm də maraqlı keçməyinə çox böyük yardımçı oldu. Unudulmaz günlərin səbəbkarları həm qısa zamanda çox alışdığım dəyərli Bravo əməkdaşları, həm də bir-birindən maraqlı, enerji dolu təcrübəçi yoldaşlarım oldu. "

"Bravo marketlərinə daxil olduğum zaman həmişə mentorlarımı, qazandığım dostlarımı və mənə dəyər qatan hər kəsi bir an olsun xatırlayacam."

"Mən Bravo təcrübə proqramında işdə uğur qazanmağı öyrəndim, ancaq işdən əlavə düşüncəm böyüdü və özümü yenilədim. Mən Bravoya xidmət etdim, Bravo isə öz növbəsində mənə. Bu təcrübəyə görə çox sağol, Bravo ! "

" İki ay ərzində təcrübə keçdiyim mentorum mənim inkişafım üçün əlindən gələni etdi. Bu təcrübə proqramı mənim bilik və bacarıqlarımı artırmağa, həmçinin düşüncə tərzimin dəyişməsinə səbəb oldu. "

"Bu təcrübə sayəsində korporativ mühitdə işləməyi, professional olmağı,layihə hazırlanmağı və təqdim etməyi praktiki yolla öyrəndim. Təcrübə boyunca əldə etdiyim ən böyük qazanclardan biri isə yeni dostlar oldu."

"Praktikum proqramı mənim üçün çox həyəcanverici təcrübə oldu. Gələcəkdə Bravoya qayıtmaq ümidi ilə şirkətdə keçirdiyim 2 ayı unudulmaz edən bütün Bravo üzvlərinə öz təşəkkürümü bildirirəm!"

"Praktikum layihəsi çərçivəsində həm yeni təcrübələr, həm də çox yaxşı dostluqlar qazandım, iş mühiti ilə tanış oldum. Bravoda keçirdiyim iki ay mənim üçün əvəzolunmaz bir təcrübə oldu. Əminliklə bilirəm ki, burada qazandığım təcrübə mənim gələcək karyeramda böyük rol oynayacaqdır."