Russian

Təchizat üzrə mütəxəssis

  • Şirkət və onun layihələri adından mallar / xidmətlər almaq, xərcləri optimallaşdırmaq, tələb olunan müddətə və keyfiyyət standartlarına əməl etmək;
  • Layihə təchizatçılarının siyahısının müəyyən edilməsində iştirak etmək;
  • Tender tələbləri əsasında verilən tender sorğuları, adekvat və tam təklif haqqında qərar qəbul etmək üçün lazım olan təlimatları özündə əks etdirməlidir: texniki şərtlər, ümumi alış şərtləri və detalları, təklifin təqdim edilməsi üçün son tarix;
  • Təklifin hazırlanması mərhələsində potensial təchizatçıları izləmək və tender mərhələsində lazımi məxfiliyi təmin etmək;
  • Danışıqlar hazırlamaq və həyata keçirmək, ətraflı texniki şərtlərə zəmanət verilib -verilmədiyini dəqiqləşdirmək, həmçinin, tender mərhələsində verilən iqtisadi şərtlərin son müqavilədə qeyd olunanlarla uyğun olub - olmadığını yoxlamaq;
  • Təchizatçının sifarişi qəbul edib-etmədiyini yoxlamaq;
  • Uğurlu olmayan təchizatçıları tenderin nəticələriylə bağlı xəbərdar etmək;
  • Sifarişin sonrakı düzəlişlərini izləmək;
  • Təchizatın keyfiyyəti haqqında rəylərin alınmasının təmin etmək;
  • Mal və materialların düzgün köçürülüb-köçürülmədiyini yoxlamaq;
  • Fəaliyyətin gedişatı ilə bağlı və ya tələb əsasında vaxtaşırı hesabatlar təqdim etmək;
  • Layihə təchizatı üçün tender əvvəli və mükafat öncəsi görüşlər üçün gündəliyin hazırlanmasına kömək etmək;
  • Fəaliyyətlərin əməliyyat və texniki xidmət heyətinin üzvləri ilə əlaqələndirilməsinə kömək etmək;
  • Təklifə əsaslanan iş qiymətləndirmələrini cədvələ köçürülməsini tələb etmək və bu prosesə kömək etmək;
  • Satınalma sifarişlərini hazırlamaq, subpodratçılarla işləmək və məsləhətçilərlə müqavilələr bağlamağa kömək etmək;
  • Onlayn tender qeydlərinin icra edilməsində köməklik göstərmək;
  • Bütün Qlobal Təchizatın İdarə Edilməsi Layihələrində regional və yerli töhfələrin nəzərə alınmasını təmin etmək;
  • Qlobal Təchizatın İdarə Edilməsi Strategiyalarının tətbiqinə və uyğunluğuna təkan vermək və ümumi standartların, prosedurların və proseslərin izlənilməsini və Satınalma Tapşırığı yararlılıq müddətinin davamlı olaraq yaxşılaşdırılması üçün ən yaxşı təcrübələrdən istifadə olunmasını təmin etmək;
  • Rəhbər tərəfindən verilən digər əlaqədar vəzifələri yerinə yetirmək.
  • Bakalavr dərəcəsi, Təchizat sahəsində minimum 3-5 il iş təcrübəsi arzuolunandır;
  • Yaxşı komputer - MS Office proqramları;
  • Qaydaları və qanunları (Incoterms) bilməsi;
  • Yaxşı ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarığı; təşəbbüskarlıq
  • Komandanın bir hissəsi kimi işləmək bacarığı; Həvəsli və çalışqan olmaq;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti (şifahi/yazılı).

Maraqlanan namizədlər [email protected] email ünvanına “Təchizat üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi