- Şirkət və onun layihələri adından material/xidmətlər almaq, xərcləri optimallaşdırmaq, tələb olunan vaxt məhdudiyyətlərinə və keyfiyyət standartlarına riayət etmək;
- Alınan məhsul və xidmətlərin çatdırılması, gömrük rəsmiləşdirilməsi və bəyannamələrin verilməsini logistika şöbəsi ilə əlaqələndirmək;
- Anbar ehtiyatlarına nəzarət etmək və satınalma prosesini ehtiyat ehtiyaclarına uyğun planlaşdırmaq;
- Layihə üzrə təchizatçıların siyahısının müəyyən edilməsində iştirak etmək;
- Tenderin hazırlanması mərhələsində potensial təchizatçıları izləmək və tender prosesində zəruri məxfiliyə zəmanət vermək;
- Danışıqlara hazırlıq mərhələsində iştirak etmək və danışıqları aparmaq, əlavə olaraq təfərrüatlı texniki spesifikasiyaların təmin edildiyini yoxlamaq, həmçinin tender mərhələsində verilmiş təfərrüatlı iqtisadi spesifikasiyaların yekun müqavilədə bildirilənlərlə uyğun olub-olmadığını yoxlamaq;
- Fəaliyyətlərin gedişatı haqqında dövri hesabatlar və/və ya sorğular vermək;
- Əlaqədar departamentlərlə fəaliyyətləri əlaqələndirməyə dəstək olmaq;
- Rəhbər tərəfindən vəzifəyə uyğun verilən digər müvafiq tapşırıqları yerinə yetirmək
- Bakalavr dərəcəsi
- Azərbaycan, ingilis və rus dillərində danışıq və yazışma bacarığı
- Göstərilən sahədə ən azı 1 il təcrübə
- Düzgün iş prosesini qurmaq bacarığı
- Komanda mühitində işləmək bacarığı
- Təhlil, təcrübə, təşkilatçılıq və mühakimə bacarıqlarına əsaslanaraq dəqiq qərarvermə bacarığı
- Analitik düşünmə bacarığı
- Nəzarət altında olmadıqda etibarlı və düzgün işləmə bacarığı
- Personal kompyuter (PC), e-mail, internet, və Microsoft Office (Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) proqramından istifadə etmək bacarığı
Maraqlanan namizədlər [email protected] email ünvanına “Təchizat üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.