Russian

Rəf quraşdırılması üzrə texnik

Vəzifə öhdəlikləri:

  • Rəf və mebelləri mağaza təlimatlarına uyğun quraşdırmaq, sökmək və təmir etmək.
  • Rəflərdə yaranan problemləri (məsələn, boşalmış vintlər, zədələnmiş komponentlər) müəyyənləşdirmək və ya onları düzəltmək, ya da aidiyyəti komandaya məlumat vermək.
  • Dəqiq ölçülər götürmək.
  • Məhsulların keyfiyyətinin yoxlanılmasına kömək etmək
  • Yük maşınını yükləmək və boşaltmaq.
  • İş sahəsini hazırlamaq və təmizləmək.
  • İş sahəsini təhlükəsiz və təmiz saxlamaq.
  • Bütün təhlükəsizlik qaydalarına daim əməl olunduğuna əmin olmaq.

 

Tələblər:

  • Orta təhsil;
  • Sahəyə uyğun iş təcrübəsi ( mebel ustası və.s)
  • Çatdırılma blokları və qutular kimi ağır əşyaları qaldırmaq, daşımaq və hərəkət etdirmək bacarığı;
  • Yüksək rəflərə çıxmaq üçün nərdivanlardan və ya addım pilləkənlərindən istifadə etməkdə rahatlıq;
  • Təmir  alətlərdən istifadə etmə bacarığı; (elektrik burğusu,tornavida, açar və.s)
  • Problem həll etmə bacarığı;
  • Ağır rəflər, qurğular və ya tikinti avadanlıqları ilə işləyərkən potensial təhlükəsizlik risklərini müəyyənləşdirmək və aradan qaldırmaq bacarığı;

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Rəf quraşdırılması üzrə texnik” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi