İntizam xətaları ilə bağlı müraciətləri araşdırmaq və intizam tənbehlərinin verilməsi prosesində yaxından iştirak etmək (sistem üzrə əməliyyatların icrası, müvafiq sənədlərin toplanması, işçilərə imzaladılması, qeydiyyatı, arxivləşdirilməsi və s.)
İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək, işdən çıxış sorğularının statusunu vaxtlı-vaxtında yoxlamaq və cavablamaq
İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq
İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əmək etməklə tərtib etmək, aidiyyəti şəxs və ya qurumlara göndərmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq
İşdən azad edilməsi nəzərdə tutulan işçilərin əmək müqaviləsinə AR Əmək Qanunvericiliyinə uyğun olaraq xitam vermək və bununla əlaqəli bütün işləri icra etmək
Mediasiya təşkilatları və DƏMX-dən daxil olan intizam məsələləri ilə əlaqəli sorğuları vaxtında və düzgün cavablandırmaq, bununla əlaqəli bütün işləri icra etmək (Barışıq sazişi əsasında qəbul edilən razılaşmaların icrası, müfəttişlikdən gələn müraciətlərin cavablandırılması və s.)
Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək
Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmək
Tələblər:
İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi
Əmək Qanunvericiliyi üzrə biliklər
Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək)
MS Office proqramlarında işləmək bacarığı
Güclü ünsiyyət və komanda ilə iş
Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları